AZ

Aleksandr Zinçenko: “Arsenal” çempionluq mübarizəsinə hazırdır”

“Arsenal”ın sol cinah müdafiəçisi Aleksandr Zinçenko komandasının İngiltərə Premyer Liqasının qalibi olmaq şanslarını dəyərləndirib.

Arena.az xəbər verir ki, ukraynalı futbolçu “topçular”ın qalibiyyət üçün mübarizə aparmağa hazır olduğunu bildirib:

“Arsenal” çempionluq uğrunda mübarizəyə hazırdır. Klubda hər mövqedə yaxşı rəqabətin olması həm bizim, həm də komanda üçün yaxşıdır. Hər dəfə oynamaq imkanı qazanmaq üçün hamımız mübarizə aparmalı və çox çalışmalıyıq”, deyə Zinçenko vurğulayıb.

Bu mövsüm keçirdiyi 30 oyundan 68 xal toplamış “Arsenal” Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 70 xala malik “Liverpul” başçılıq edir. Son çempion “Mançester Siti”nin isə 67 xalı var.

Aleksandr Zinçenko “Arsenal”a 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zinçenko “Arsenal”ın heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamısı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.

Xatırladaq ki, ukraynalı futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir. O, “Mançester Siti”yə gedənə qədər “Ufa”da da forma geyinib. 2016-cı ildə isə müdafiəçi Niderland təmsilçisi PSV-də icarədə olub.

Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 60 oyun keçirib, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı Aleksandr Zinçenkonu 42 milyon avro məbləğində qimətləndirir.

Seçilən
560
1
arena.az

10Mənbələr