AZ

“Hər kəsə qarşı ciddi hazırlaşmalıyıq” – millimizin futbolçusu

“Düzdür, favorit göstərilirdik. Hər rəqibə hörmətimiz var. Ağır oyun oldu. Rəqib üstümüzə az gəlirdi, ancaq müdafiə olunurdular. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Azarkeşlərimizə təşəkkür edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Monqolustan qələbəsi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

Elə komandayıq ki, hər kəsə qarşı ciddi hazırlaşmalıyıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Heç bir rəqibə yuxarıdan aşağı baxmaq düşüncəsi yoxdur. Baş məşqçimiz bizi oyuna yaxşı kökləmişdi. Qol vəziyyətlərindən yararlana bilmədik. Bolqarıstanla oyun daha çətin olacaq”.

 

 

Seçilən
176
5
idmanxeber.az

10Mənbələr