AZ

Şəmkirdə iki yeniyetmə dəm qazından zəhərlənib

Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
205
17
milli.az

10Mənbələr