Ukrayna Silahlı Qüvvələrinin yeni seçilmiş baş komandanı Aleksandr Sırski ilk müsahibəsini verib və əks hücum əməliyyatlarını ləğv etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, baş komandan kimi ilk müsahibəsini Sırski Almaniyanın ZDF telekanalına verib.
O, rəsmi şəkildə Ukraynanın müdafiə əməliyyatına keçdiyini, məqsədinin Rusiya Federasiyasına maksimum itki vermək olduğunu bildirib.
Baş komandan qeyd edib ki, əsgərlərin həyatını xilas etmək üçün mövqelərini tərk etməyə hazırdır:
“Əsgər həyatı əsas dəyərdir. Məhz buna görə də, bütün şəxsi heyəti qurban verməkdənsə, hansısa mövqedən geri çəkilməyə hazıram”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta