AZ

''Real''ın Leyptsiqə səfəri uzun və macəra ilə bol alındı

Bu gün Çempionlar Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində ''Real'' ''Leyptsiq''in qonağı olacaq.

Bu arada Madrid nəhənginin bazar ertəsi Leyptsiq şəhərinə gəlişi bir sıra olaylarla zəngin olub. Məsələ burasındadı ki, hələ bazar günü Leyptsiq və Drezdendəki hava limanının işçiləri etiraz aksiyası keçiriblər. Onlar ölkədə inflyasiya ilə əlaqədar 3000 min avro kompensasiya, eləcə də maaşların artırılmasını tələb ediblər. Nəticədə həmin gün Leyptsiqdən baş tutmalı olan 100-dən çox uçuş təxirə salınıb.

Etiraz aksiyasından ziyan görənlər arasında ''Real'' da olub. ''Marka'' nəşrinin yazdığına inansaq, ''Kral klubu''nun təyyarəsi Leyptsiqdə yox, Erfurtda eniş etməli olub. Bu iki şəhər arasında 150 km məsafə var. Madrid nəhəngi həmin yolu avtobusla qət etməli olub. Amma maraqlıdı ki, bu dəfə də komandanın başına iş gəlib. Belə ki, yolda avtobus qəzaya düşüb. Xoşbəxtlikdən qəza ağır olmayıb və heç kim xəsarət almayıb. Erfurtdan Leyptsiqə aparan ən qısa yol sayılan Ayxelborn magistralında ''Toyota Avensis'' markalı maşının sürücüsü idarəetməni itirərək ''Real''ın avtobusuna çırpılıb. Maşına təxminən 3 min avroluq ziyan dəyib. Klubun avtobusuna dəyən ziyan barədə məlumat yoxdu. Nəhayət, yerli vaxtla saat 14.40-da ''Real''ın macəralarla dolu səyahəti başa çatıb və komanda Leyptsiqin mərkəzində yerləşən ''Ştaygenberger'' otelinə ayaq basıb.

ƏLİ

Seçilən
214
40
football-plus.az

10Mənbələr