Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, AAYDA yolun müəyyən hissələrində qazma-dolğu işləri icra edir, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 10-da tikinti işləri davam etdirilir.
Dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellərdə hərəkət hissəsi 11.6 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 13 300 metr təşkil edəcək.
Kəlbəcər-Laçın yolunda inşa olunan 7 tuneldə qazma işləri artıq yekunlaşıb, tunel daxili işlər davam etdirilir. Qazma işi yekunlaşan tunellər aşağıdakılardır:
- T1 - KM (2+152.10-2+333.7). Uzunluğu 205.6 m .
- T2 - KM (3+533.61-3+880.51). Uzunluğu 370.9 m.
- T3 - KM (4+054-5+838.00). Uzunluğu 1.808 m.
- T4 - KM (26+747.50-27+193.45). Uzunluğu 469.95 m.
- T5 - KM (27+244.15-27+853.3). Uzunluğu 633.15 m.
- T8 - KM (45+216.00-45+936.92). Uzunluğu 719.8 m .
- T9 - KM (54+206.45-54+392.950). Uzunluğu 210.5 m.
Şərti adı T6, T7 və T10 olan tunellərdə isə qazma işləri davam edir. Sözügedən tunellərin texniki parametrləri aşağıdakı kimidir:
- T6 - KM (32+577.20-34+950.83). Sağ hissə uzunluğu 2397.63 m.
- T6 - KM (32+584.00-34+953.47). Sol hissə uzunluğu 2393.47 m.
- T7 - KM (44+050.150-44+296.010). Uzunluğu 268.65 m.
- T10 - KM (56+580.210-56+56+892.210). Uzunluğu 330.85 m.
Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsullarla qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir. Layihələndirilən digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulur:
- T11 tuneli - 383 metr.
- T12 tuneli - 681 metr.
- T13 tuneli - 469 metr.
- T14 tuneli - 714.46 metr.
- T15 tuneli - 554 metr.
- T16 tuneli - 211 metr.
- T17 tuneli - 494 metr.
Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci texniki dərəcələrə uyğun olaraq inşa edilir.
Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 8910.47 metr olan 66 dairəvi və 139 düzbucaqlı borunun, zəruri yerlərdə ümumi uzunluğu 4 179 metr olan 23 avtomobil körpüsünün və 1 076 metr uzunluğa malik 3 qovşağın, həmçinin 4248.04 metr istinad və 30 521.21 metr daş divarın inşası işləri aparılır.
Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası aparılan Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
10Mənbələr
-
lent.azƏn uzun qanada malik quş ( 3971487)
-
redaktor.azDünyanın ən kiçik onurğalısı kəşf edildi ( 3946438)
-
afn.azDanimarka quş qripinə görə 20 min toyuğu məhv edəcək ( 3903770)
-
baku.wsKivinin ən önəmli faydası: 4 gün ərzində... ( 3884024)
-
sonxeber.azÖtən il Azərbaycanda uşaqlara qoyulan quş adları - Kəklik, Bülbül, Durna... ( 3867350)
-
demokrat.azKəlbəcər-Laçın yolundan ən son GÖRÜNTÜLƏR ( 3846947)
-
sia.azKəlbəcər-Laçın yolundan ən son GÖRÜNTÜLƏR - FOTOLAR - VİDEO ( 3846506)
-
modern.azKəlbəcər-Laçın yolundan ən son GÖRÜNTÜLƏR ( 3846166)
-
azertag.azTəbiət mühafizəçilərindən xəbərdarlıq: Quş qripi dəniz quşlarının sayının ciddi şəkildə azalmasına səbəb olur ( 3796398)
-
football-plus.az''Real''ın Leyptsiqə səfəri uzun və macəra ilə bol alındı ( 3791901)