AZ

Ağırlıqqaldırma üzrə milli komandanın üzvləri ilə görüş keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

Bakıda təlim-məşq toplanışında olan ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) AZƏRTAC-a verilən məlumata görə, qurumun vitse-prezidenti Firdovsi Umudov “ASK Arena”nın təlim-məşq bazasında hazırlıq keçən idmançıları ziyarət edib.

O, görüşdə atletlərə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı və Dünya Kuboku, həmçinin digər beynəlxalq yarışlarda uğurlar arzulayıb, onlara inandığını bildirib.

Vitse-prezident qeyd edib ki, ölkədə idmana dövlət səviyyəsində diqqət və qayğı nümayiş etdirilir. Onun sözlərinə görə, AAF da öz növbəsində bu idman siyasəti çərçivəsində atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, hər bir idmançını diqqət mərkəzində saxlayır.

Komanda üzvləri bu görüşlərin onlar üçün əlavə motivasiya olduğunu, yığmaya ruh yüksəkliyi verdiyini, yarışlar zamanı böyük dəstək olacağını bildiriblər.

Seçilən
241
50
azertag.az

10Mənbələr