AZ

Federasiya prezidentinin öpdüyü futbolçu təhqir mesajı yayımladı

İspaniyanın qadın futbolçulardan ibarət millisinin üzvü Cenni Hermoso dünya çempionatının finalından sonra hələ də təhqirlərə məruz qaldığını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, finalda federasiya prezidenti Luis Rubialesin onu icazəsiz öpdüyünü ictimaiyyətə açıqlayan Hermoso sosial şəbəkələrdə hələ də kəskin təhqirlərlə üzləşməkdə olduğunu deyib.

Meksikanın klubu "Tigres UANL”in üzvü şəxsi İnstaqram profilində onu "qatil" adlandıran və çox ciddi şəkildə təhqir edən bir nəfərin səsini yayıb. Audioda "Qancıq, mən sənə çubuqla belə toxunmayacağam. Ay ət parçası, illuminatlar sənin başını yeyib, ey pislik. Narkoman, qancıq qızı..." - sözləri söylənilib. Hermoso buna, "Əlbəttə, bu cəmiyyətdə heç nəyi dəyişmək məcburiyyətində deyilik” deməklə ironik cavab verib.

İspaniya və dünya çempionu daha sonra açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib.

Səbuhi Həsənov
Seçilən
186
5
qaynarinfo.az

10Mənbələr