Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax rayonuna gəlir.
BAKU.WS xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndələr Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.
Məlumata görə, Xankəndidən gələn nümayəndələr artıq Ağdam rayonunu keçib, Yevlax şəhəri istiqamətinə doğru hərəkət edir.
Qeyd edək ki, Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
10Mənbələr
qaynarinfo.azQarabağdakı erməni yaraqlıları 130 minə yaxın sursat təhvil verib ( 236068) baku.wsQarabağın erməni icmasının nümayəndələri görüş üçün Yevlaxa gəlir - VİDEO ( 353856) bizim.mediaQarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxa GƏLİR -FOTO/VİDEO ( 353752) nocomment.azQarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq QALDIRDI ( 354587) metbuat.azErmənistan tərəfinin iddiaları əsassızdır - ( 355697) milli.azSeparatçılar Qarabağdakı mövqelərini belə tərk edirlər - VİDEO ( 356508) hit.azErməni silahlıları Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər - GÖRÜNTÜLƏR ( 356995) fed.azErməni silahlıları Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər - VİDEO ( 356997) bakupost.azBakupost.az - Separatçılar təslim oldu - MN-dən açıqlama ( 357099) metbuat.azSeparatçılar təslim oldu - ( 357138)