AZ

Qurban Qurbanovun rəhbərliyi altında 400-cü qələbə!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Kubokunun 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıblar.

2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/2009 mövsümündə qeydə alınıb. Həmin vaxt bölgə təmsilçisi Premyer Liqanın “Bakılı” ilə görüşündə 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Sabah” üzərində qələbə “Qarabağ”ın cari mövsümdə 25-ci uğuru olub. Qurban Qurbanovun yetirmələri Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda 2 dəfə rəqiblərinə qalib gəliblər.

Qurban Qurbanov 2008-ci ilin iyul ayından “Qarabağ”a rəhbərlik edir. Bu komanda onun rəhbərliyi altında bütövlükdə 598 oyun keçirib, 349 qələbə qazanıb, 139 heç-heçə edib, 110 matçda məğlubiyyətə üzülüb.

Seçilən
373
22
arena.az

10Mənbələr