AZ

Ötən il ən çox qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr - SİYAHI

2023-cü ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (1.1 milyard ABŞ dolları ilə) birinciliyə yüksəlib.

Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilib.

İkinci sırada Türkiyə (783,9 milyon ABŞ dolları ilə) qərarlaşıb. Sonrakı sıralarda müvafiq olaraq Gürcüstana 332,5 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 175,3 milyon ABŞ dolları, Qazaxıstana isə 95 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Əvəz Həsənov

Seçilən
249
2
valyuta.az

10Mənbələr