AZ

KİV: Belqorodda qəzaya uğrayan təyyarədə 74 nəfər olub, hamısı ölüb - Yenilənib

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb...“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.***Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması faktını təsdiqləyib."Report” xəbər verir ki, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov əhaliyə çağırış da edib: “Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərələrsiz otaqlarda sığınmaq lazımdır”.Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi də tövsiyə edib.Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə açıqlamasında hadisənin araşdırılacağını deyib.***Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 63 nəfər ölüb.“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.Rəsmi qurumlar məlumatı hələ ki təsdiqləməyib.***Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.Hadisənin səbəbi və nəticələri araşdırılır.Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.Poliqon.info

Seçilən
216
50
poliqon.az

10Mənbələr