Müəllif: Tamara Mustafayeva, Banco.az
AYİB Türkiyə üçün artım proqnozunu azaldıb.
Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Regional İqtisadi Perspektivlər hesabatında Türkiyə iqtisadiyyatı üzrə artım proqnozlarını yeniləyib.
Qurum Türkiyə iqtisadiyyatı üçün 2026-cı il üzrə artım proqnozunu 2026-cı ilin fevral ayında açıqladığı 4 faizdən 3,5 faizə endirib.
Eyni zamanda, fevral ayında 4,5 faiz səviyyəsində proqnozlaşdırılan 2027-ci il üzrə iqtisadi artım gözləntisi də 4 faizə salınıb.
Hesabatda Türkiyə iqtisadiyyatı ilə bağlı aşağı istiqamətli düzəlişlərin əsas makroiqtisadi səbəbləri ətraflı şəkildə izah olunub.
Artan enerji idxalı xərcləri və davamlı inflyasiya təzyiqləri ilə yanaşı, Yaxın Şərqdə davam edən münaqişələrin turizm gəlirləri və emal sənayesinin təchizat zəncirləri üzərində yarada biləcəyi mənfi təsirlər artım proqnozlarının aşağı salınmasının başlıca səbəbləri kimi göstərilib.
Bizi sosial şəbəkələrdən izləyin!!