Bakı, 3 iyun, AZƏRTAC
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda 3-cü qrup oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, yığma Çexiya seçməsi ilə qarşılaşıb.
Görüş millimizin 14:11 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Azərbaycan yığmasının qrupda sonuncu oyunu bu gün Bakı vaxtı ilə saat 20:55-də ev sahibi Polşa millisinə qarşı olacaq.