AZ

Maldivlər 16 yaşından kiçik uşaqlarınn sosial şəbəkələrə girişini qadağan edir

Maldiv adaları uşaqların internet təhlükəsizliyini qorumaq üçün sosial şəbəkələrə yaş məhdudiyyəti gətirən ölkələr sırasına qoşulur. Ölkə Prezidenti Məhəmməd Muizzu 16 yaşından kiçik uşaqların sosial media platformalarına girişini məhdudlaşdıran qanun layihəsinin bir il ərzində tam tətbiq olunacağını bildirib.

Anadolu Agentliyi xəbər verir ki, Prezident M.Muizzu bu addımın uşaqları sosial şəbəkələrdəki istismar, bullinq və zərərli məzmunlardan qorumaq üçün zəruri olduğunu vurğulayıb. O, bu qərarın ölkənin rəqəmsallaşma hədəflərindən geri addım atması mənasına gəlmədiyini qeyd edib.

Dünyada bu addımı ilk atan ölkə 2025-ci ilin dekabrında Avstraliya olub. Cənub-Şərqi Asiyada isə bu addımı ilk olaraq İndoneziya, ardınca isə Malayziya ataraq 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasını qadağan edib.

Avropa İttifaqı uşaqları qorumaq üçün xüsusi rəqəmsal yaş təsdiqi sistemi hazırlayıb. Polşa, Danimarka, Fransa, İspaniya, Yunanıstan və Böyük Britaniya kimi ölkələr də bənzər qadağaları tətbiq etməyə hazırlaşır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr