futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Gəncə” klubunun voleybolçusu Olena Napalkova Ukrayna milli komandasına dəvət alıb.
Futbolpress.az xəbər verir ki, o, Millətlər Liqası və Avropa çempionatının oyunları üçün yığmaya çağırılıb. Ukrayna millisinin baş məşqçisi, polşalı mütəxəssis Yakub Qluszask oyunçunun xidmətlərində maraqlıdır.
Millətlər Liqasının ilk həftəsi Kanadada təşkil olunacaq və iyunun 3–7-də Ukrayna millisi ABŞ, Almaniya, Yaponiya və Fransa ilə qarşılaşacaq.
Avropa çempionatında isə B qrupunda yer alan Ukrayna yığması avqustun 21–27-də Çexiyada mübarizə aparacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.