AZ

Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarlar qəbul edib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kənd təsərrüfatında kreditlərin faizləri dövlət tərəfindən ödəniləcək

Bakı, 3 iyun, AZƏRTAC

Aqrar Subsidiya şurası Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 5 mart tarixli Fərmanı ilə yaradılmış yeni dövlət dəstəyi mexanizmi çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsinə uyğun olaraq verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiqi ilə bağlı Qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, birillik əkinlərin istehsalı üçün bankların vəsaitləri hesabına fermerlərə verdikləri kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsi dövlət büdcəsi hesabına ödəniləcək. Kreditlər aşağıdakı bitkilərin istehsalı üçün götürülə bilər:

Müasir suvarma sistemlərinə dövlət dəstəyi gücləndirilir

Şuranın qərarı ilə 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasında kartof, tərəvəz və bostan əkinləri üzrə subsidiya əmsallarına yenidən baxılıb. Yeni Subsidiya əmsallarında müasir suvarma altındakı əkinlər hər hektar üçün ənənəvi suvarma ilə müqayisədə 150 AZN artıq əkin subsidiyası alacaqlar. Şuranın qərarı ilə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən edilib:

Şuranın Qərarına uyğun olaraq müasir suvarma altında şəkər çuğunduru əkən fermerlər hər ton üçün 22 manat, ənənəvi suvarma altında əkən fermerlər isə 19 manat məhsul subsidiyası alacaq.

Aqrar subsidiyaların əhatə dairəsi genişləndirilir

Şuranın Qərarı ilə mövcud regionlaşmaya əlavə olaraq mavigilə üzrə əkin subsidiyası Quba-Xaçmaz iqtisadi rayonunda, pambıq üzrə məhsul subsidiyası Ağsunun Göydəlləkli kəndində, tütün üzrə məhsul subsidiyası Naxçıvan Muxtar Respublikasında, işğaldan azad edilmiş ərazilərdə salınan super-intensiv şaftalı (nektarin) bağları üzrə əkin subsidiyası Xocavənd rayonunda tətbiq ediləcək.

Sertifikatlı toxumdan istifadənin təşviqi genişləndirilir

Şuranın Qərarına əsasən 2026-cı il üzrə buğda üzrə cəmi əkin sahəsi 10 hektardan və ya arpa üzrə cəmi əkin sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum istifadə edilmədikdə əkin subsidiyası 20 faiz azaldılmaqla ödəniləcək. Fermerlərin növbəti dövr payızlıq əkinlər üçün toxum hazırlığını və tədarükünü həyata keçirərkən bu tələbləri indidən nəzərə alması vacibdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
7
azertag.az

8Mənbələr