AZ

Peterburqdakı neft terminalı vuruldu

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Müdafiə Qüvvələri ötən gecə Rusiya ərazisində yerləşən bir sıra mühüm strateji və hərbi obyektlərə zərbələr endirib. Hücuma məruz qalan məkanlar arasında Sankt-Peterburq neft terminalı, Kronştadt bazasındakı hərbi obyektlər və Tambov vilayətində yerləşən müdafiə sənayesi müəssisəsi var.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.

Ukrayna dövlət başçısının sözlərinə görə, hücumun əsas hədəflərindən biri Rusiyanın şimal-qərbinin ən böyük neft emalı komplekslərindən sayılan “Sankt-Peterburq neft terminalı” ASC olub. Məlumata görə, dronların bu terminala hücumu nəticəsində ərazidə güclü yanğın başlayıb.

Əməliyyat zamanı həmçinin Kronştadt bazasındakı hərbi obyektlər və cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşən, Rusiyanın silah istehsalı ilə məşğul olan Tambov vilayətindəki müəssisəsi də hədəfə alınıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr