AZ

Ceyms Heterinqton: Bərpaolunan güclərin enerji sisteminə inteqrasiyası üçün əhəmiyyətli investisiyalara ehtiyac var

Bakı, 3 iyun, AZƏRTAC

Qarşıdakı 5 il ərzində tələb olunacaq bərpaolunan enerji güclərinin enerji sisteminə inteqrasiyası üçün əhəmiyyətli həcmdə investisiyalara ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bunu “ABB Energy Industries” şirkətinin strateji satışlar və əsas müştərilər üzrə meneceri Ceyms Heterinqton Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən “Bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası: çağırışlar və həllər” adlı sessiyadakı çıxışında deyib.

O bildirib ki, son onilliklər ərzində şəbəkəyə qoşulan bərpaolunan enerji mənbələrinin payı əhəmiyyətli dərəcədə artıb və bu, enerji sistemlərinin idarə olunmasına yeni tələblər yaradıb.

“Enerji sistemində kifayət qədər gərginlik tənzimləmə və sabitlik imkanları olmadıqda, kiçik bir nasazlıq nəticəsində zəncirvari reaksiya verərək genişmiqyaslı qəzalara gətirib çıxara bilər. Məhz buna görə enerji keçidi prosesində həm texnoloji, həm də tənzimləyici, siyasət səviyyəsində modernləşmə həyati əhəmiyyət daşıyır. Əks halda, bərpaolunan enerji mənbələrinin təhlükəsiz və etibarlı şəkildə enerji sisteminə inteqrasiyası ciddi çətinliklərlə üzləşə bilər”, - deyə Ceyms Heterinqton vurğulayıb.

 

Seçilən
24
1
azertag.az

2Mənbələr