AZ

Bolqarıstanda beynəlxalq müdafiə sərgisi işə başlayır

Bakı, 3 iyun, AZƏRTAC

Bolqarıstanın Plovdiv şəhərində 17-ci Beynəlxalq Müdafiə Avadanlıqları və Xidmətləri Sərgisi – HEMUS 2026 işə başlayır.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə xəbər verir ki, tədbir iyunun 6-dək davam edəcək. Sərgidə müdafiə sahəsində müasir texnologiyalar və hərbi sənaye məhsulları nümayiş olunacaq. Proqram çərçivəsində hərbi texnika nümayişləri, elmi konfranslar və müdafiə sənayesinə dair forumların keçirilməsi planlaşdırılır. Həmçinin iyunun 5-də Zmeyovo poliqonunda döyüş atışlarının nümayişi nəzərdə tutulur.

Seçilən
34
2
azertag.az

3Mənbələr