AZ

Beynəlxalq Siqh Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlıq memorandumu imzalanacaq

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq Siqh Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında akademik əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

XQ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.

Onun sözlərinə görə, etnik və dini azlıqların hüquqlarının müdafiəsi yalnız siyasi və iqtisadi müstəvidə deyil, həm də elm, təhsil və akademik sahələrdə dəstəklənməlidir.

Abbas Abbasov bildirib ki, memorandum tərəflər arasında akademik əlaqələrin genişləndirilməsinə xidmət edəcək. Sənəd çərçivəsində birgə elmi tədqiqatların aparılması, konfransların təşkili və digər akademik təşəbbüslərin həyata keçirilməsi üçün səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr