AZ

Günəşdə güclü partlayış olub

İyunun 3-də Günəşdə güclü partlayış qeydə alınıb. Alimlərin fikrincə, bu, son ayyarımda baş verən ən güclü partlayışdır.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, hadisə Moskva vaxtı ilə saat 4:36-da (Bakı vaxtı ilə saat 5:36 - red.) baş verib və ona M9.3 səviyyəsi təyin edilib. Laboratoriyadan bildirilib ki, partlayışın gücü ən yüksək rentgen sinfindən cəmi 7 faiz az olub. Bu gücdə əvvəlki rekord partlayışlar bu il aprelin 24-də müşahidə olunub.

Ulduzdakı vəziyyət bir gün əvvəl gərginləşməyə başlayıb. Aktivlik qrafikinə baxılsa, partlayışlar təxminən yeddi saatlıq fasilələrlə baş verir, onların intensivliyi isə daim artır. Lakin fiziki modellər hələ də güclü partlayışlar ehtimalının az olduğunu hesab edir və növbəti hadisənin riskini kiçik üç faiz səviyyəsində qiymətləndirir.

Növbəti atılmanın günorta saatlarında baş verə biləcəyi və onun gücünün X səviyyəsini keçə biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, Günəşin mövcud konfiqurasiyası ümumiyyətlə güclü aktivliyi nəzərdə tutmur. Partlayışın özü, demək olar ki, diskin mərkəzində baş verib və bu səbəbdən plazma axınları, böyük ehtimal, birbaşa Yerə doğru yönələcək.

Eyni zamanda, obyektiv monitorinq vasitələri hələlik planetimizə doğru plazma atılmasını təsdiqləməyib. Alimlər hadisəni hələlik zərərsiz hesab edirlər. Yaxın günlər ərzində vəziyyətin gedişatının izlənməsinə davam ediləcək.

Seçilən
23
2
azedu.az

3Mənbələr