AZ

Naməlum şəxs bankda bir neçə nəfəri girov götürdü...



ABŞ-ın cənubi Kaliforniya bölgəsindəki Beykersfild şəhərində naməlum şəxs bankda bir neçə nəfəri girov götürüb.

Beykersfild Polis Departamenti bildirib ki, yerli vaxtla təxminən saat 13:00 radələrində bomba təhlükəsi ilə bağlı şəhər mərkəzindəki Chase Bank filialına polis göndərilib.

Banka gələn polis əməkdaşlarına məlum olub ki, qrupları müəyyən edib ki, naməlum şəxs bankda bir neçə nəfəri girov götürüb. Danışıqlardan sonra girovlardan biri azad edilib. Hazırda danışıqların davam etdiyi bildirilir.

Hadisədən sonra hakimiyyət orqanları təhlükəsizlik məqsədilə bankın yaxınlığında yerləşən bələdiyyə binası və polis bölməsi də daxil olmaqla ətrafdakı binaları boşaldıb, bəzi yolları müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlayıb.

Əraziyə çoxsaylı polis maşınları, eləcə də taktiki müdaxilə maşınları, təcili tibbi yardım qrupları və FTB agentləri cəlb edilib.

Tahir TAĞIYEV

Seçilən
31
baki-xeber.com

1Mənbələr