ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran qüvvələrinin Bəhreyndə ABŞ-ın Beşinci Donanmasının qərargah kompleksinə və bölgədəki Amerika hava bazasına zərbələr endirməsi barədə məlumatları təkzib edib. Olaylar.az xəbər verir ki, CENTCOM-un açıqlamasında deyilir: "İranın ABŞ qüvvələrinə qarşı bütün hücumları uğursuz olub. ABŞ ordusu ayıq-sayıqdır və özünü müdafiə etməyə hazırdır".Bundan əvvəl İranın ISNA xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun Beşinci Donanmanın qərargahına və Amerika aviabazasına uğurlu raket və PUA zərbəsi endirilməsi barədə açıqlamasını yaymışdı .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31