AZ

Çoban qoyun otararkən xəzinə tapdı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Elazığda heyvan otaran çoban qaya oyuğunda xəzinə dəyərində təbii bal tapıb. O, qayalıqdakı balı çıxarmaq üçün saatlarla çalışıb.Demokrat.az bildirir ki, AA-nın məlumatına görə, hadisə Karakoçan rayonunun Yüzev kəndi yaxınlığında baş verib. Doğan Eser iribuynuzlu heyvanları otararkən qayalıqların ətrafında çoxlu arının uçduğunu görüb. Ərazini yoxlayan çoban arıların qaya oyuğunda özünə yuva qurduğunu və orada bal olduğunu müəyyən edib.Bundan sonra o, xüsusi geyim və nərdivan gətirərək yuvaya tərəf qalxıb. Eser təxminən 3 saatlıq işdən sonra oyuğun önündəki daşı sökərək içəridəki balı yığıb.Çoban daha sonra arıları da toplamaq üçün yuvanın yaxınlığına pətək yerləşdirib. Balın qayadan çıxarılma anı mobil telefon kamerası ilə lentə alınıb.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
demokrat.az

2Mənbələr