AZ

Pentaqon İrana zərbələr endirildiyini təsdiqlədi

ABŞ Ordusu Hörmüz boğazında yerləşən İranın Qeşm adasına zərbələr endirdiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Bəyanatda bildirilir ki, Qeşm adasına endirilən zərbələr özünümüdafiə xarakteri daşıyır və İranın hücum cəhdlərinə cavab olaraq həyata keçirilib. ABŞ qoşunları beş İran ballistik raketini və üç pilotsuz uçuş aparatını vurduqdan sonra adadakı hərbi yerüstü idarəetmə məntəqəsinə zərbə endirib.

Xatırladaq ki, iyunun 3-nə keçən gecə Qeşm adası rayonunda partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılmışdı.

Seçilən
45
8
publika.az

10Mənbələr