AZ

İran ABŞ-nin Bəhreyndə yerləşən Beşinci Donanmasının bazasına hücum edib - SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Qeşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahına, eləcə də region ölkələrindən birindəki Amerika hava bazasına raket və pilotsuz uçuş aparatlar ilə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə SEPAH açıqlama yayıb.

"ABŞ-nin düşmən daha bir təcavüz aktında Qeşm adasının cənubunda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus rabitə qülləsini havadan atəşə tutub. Bu təcavüzə cavab olaraq, onların regional bir ölkədə yerləşən aviabazası və vertolyot meydançası, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı SEPAH-ın Aerokosmik Qüvvələrinin raketləri və dronları ilə vurulub", - deyə açıqlamada bildirilib.

Bəyanatda həmçinin bildirilib ki, SEPAH Hörmüz boğazı yaxınlığında İran neft tankerinə edilən hücuma cavab olaraq ABŞ-a bağlı gəmiyə hücum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
56
10
olaylar.az

10Mənbələr