AZ

Baş məşqçi: İstədiyimiz oyunu sərgilədik və qalib gəldik

Minifutbol üzrə Azərbaycan millisi Çexiya ilə matçda istədiyi oyunu sərgiləyib.

"Report"un Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.

Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı məğlub etdikləri (5:2) oyundan sonra fikirlərini bölüşüb:

"Çox gözəl oyun alındı. Rəqibi tam analiz etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Oyunçularımı təbrik edirəm. Nizam-intizama əməl etdilər. İstədiyimiz oyunu sərgilədik və qalib gəldik".

Seçilən
45
1
far.az

2Mənbələr