525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İngiltərənin ən yaşlı kişi sakini Artur Espinoll srağagün Boltondakı evində 109 yaşında vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 1916-cı il oktyabrın 11-də anadan olmuşdu.
Qocanın ölüm səbəbi barədə məlumat verilmir. Espinolldan sonra ən yaşlı kişi statusu Cek Sigersiyə keçib. 1917-ci ildə dünyaya gəlmiş Sigersinin iyulun 9-da 109 yaşı tamamlanacaq.
Yeri gəlmişkən, hazırda dünyanın ən yaşlı sakini də ingilisdir. 1909-cu il avqustun 21-də dünyaya gələn Etel Keyterem adlı qadının 79 gün sonra 117 yaşı olacaq.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.