AZ

Fransa klubunda gözlənilən istefa

Sebastyan Pokonyoli gözlənilən aqibəti yaşayıb.

"Football-plus.az" xəbər verir ki, “Monako” baş məşqçi ilə yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı belçikalı mütəxəssis komandanı 2025-ci ilin oktyabrından çalışdırırdı. “Monako” onun rəhbərliyi altında keçirdiyi 38 oyundan 16 qələbə, 9 heç-heçə və 13 məğlubiyyətlə ayrılıb. Komanda son mövsümü Liqa 1-də 54 xalla 7-ci yerdə başa vurub.

Yerli mənbələrin məlumatına görə, komandanın yeni baş məşqçisi Filipe Luis olacaq.

Seçilən
37
football-plus.az

1Mənbələr