AZ

IRENA və CECECO arasında əməkdaşlıq memorandumu imzalanıb

 Bakı Enerji Forumu 2026 çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi IRENA-nın baş direktoru Françesko La Kamera və CECECO-nun icraçı direktoru Aysel Yaqubova imzalayıblar.

Memorandum tərəflər arasında təmiz enerji və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hüquqi çərçivə yaradır. Sənədə əsasən, tərəflər enerji keçidinin dəstəklənməsi, enerji infrastrukturunun gücləndirilməsi, yaşıl sənayeləşmənin təşviqi, potensialın artırılması proqramlarının hazırlanması və həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq çərçivəsində bərpa olunan enerji sahəsində siyasət, institusional və tənzimləyici mexanizmlər üzrə bilik və təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması, regional qiymətləndirmələrin hazırlanması, eləcə də investisiya və maliyyə imkanlarının təşviqi nəzərdə tutulur. Tərəflər həmçinin təmiz enerji, yaşıl sənaye və enerji bağlantıları sahələrində qarşılıqlı maraq doğuran tədbirlərin birgə təşkilinə dair əməkdaşlıq edəcəklər.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

 

Seçilən
40
3
azerbaijan-news.az

4Mənbələr