AZ

Azərbaycan və Özbəkistan yeni işə salınan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edib  

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev, “Qazaxıstan Elektrik Şəbəkəsini İdarəetmə Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nəbi Aytjanov və Özbəkistan Milli Enerji Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, yeni texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası ətrafında müzakirələr aparılan görüşdə, Azərbaycanda yeni işə salınan 250 gücündə / 500 MVt saat tutumu olan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edilib.

Görüşdə əməkdaşlığın gələcək inkişafının intensivləşdirilməsi və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Seçilən
17
8
azerbaijan-news.az

10Mənbələr