AZ

İsrail parlamenti özünü buraxır

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin qanunverici orqanı olan Knessetdə erkən özünüburaxma ilə bağlı qanun layihəsi birinci oxunuşda yekdilliklə qəbul edilib.

Modern.az xəbər verir ki, səsvermənin yekunları barədə məlumatı "The Times of Israel" nəşri paylaşıb.

Sənədin qəbulunu 106 parlamentari dəstəkləyib, əleyhinə səs verilməyib. Qeyd edək ki, qanun layihəsi bundan öncə parlamentin aidiyyəti komitəsində də bəyənilib.

Knessetin özünü buraxması barədə sənəd may ayının sonunda ilkin oxunuşdan keçib. Qanun layihəsi tam hüquqi qüvvəyə minməsi üçün plenar iclaslar çərçivəsində üç oxunuşda qəbul edilməlidir. Mövcud qanunvericiliyə görə, İsraildə növbəti parlament seçkiləri 2026-cı il oktyabrın 27-dən gec olmayaraq baş tutmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
modern.az

3Mənbələr