AZ

İsrail parlamenti özünü buraxır

Ajans.az  xarici mediaya istinadən xəbər verir ki, sənədin qəbulunu 106 parlamentari dəstəkləyib, əleyhinə səs verilməyib. Qeyd edək ki, qanun layihəsi bundan öncə parlamentin aidiyyəti komitəsində də bəyənilib.

Knessetin özünü buraxması barədə sənəd may ayının sonunda ilkin oxunuşdan keçib. Qanun layihəsi tam hüquqi qüvvəyə minməsi üçün plenar iclaslar çərçivəsində üç oxunuşda qəbul edilməlidir. Mövcud qanunvericiliyə görə, İsraildə növbəti parlament seçkiləri 2026-cı il oktyabrın 27-dən gec olmayaraq baş tutmalıdır.

Seçilən
20
2
Ajans.az

3Mənbələr