AZ

Putinlə görüşdən sonra Rusiya oliqarxları müharibə üçün 220 milyard verdi – RUBL

Rusiyanın iri iş adamları federal büdcəyə 220 milyard rubl təmənnasız ödənişlər ediblər - bu, 1,7 milyard rublluq illik proqnozlaşdırılan gəlirin təxminən 130 qatıdır.

Herbiand.az xəbər verir ki, bu Rusiya hökumətinin Elektron Büdcə portalında məlumat yerləşdirilib.

Rusiya mənbələrinin məlumatına görə, "könüllü ianələr"in səbəbi Rusiya prezidenti Vladimir Putinlə oliqarxlar arasında 26 martda keçirilən qapalı görüş olub. Görüş zamanı Putin Ukraynaya qarşı müharibəni davam etdirmək niyyətini açıqlayıb və biznesdən kömək tələb edib.

Kremlin mətbuat katibi Dmitri Peskov iştirakçılardan birinin - "Ekspert"ə görə, Süleyman Kərimovun - "çox böyük məbləğdə ianə təklif etdiyini təsdiqləyib. "Mash" Telegram kanalının məlumatına görə, Oleq Deripaska və Vladimir Potanin də təşəbbüsə qoşulublar.

Seçilən
30
herbiand.az

1Mənbələr