AZ

İsrail parlamentinin buraxılması üzrə layihə birinci oxunuşda qəbul edilib

BAKI, 2 iyun. TELEQRAF

İsrail parlamentinin (Knesset) üzvləri birinci oxunuşda özünün erkən buraxılması haqqında qanun layihəsinə yekdilliklə səs veriblər.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Knessetin 106 üzvü qanun layihəsinin lehinə səs verib, əleyhinə səs verən olmayıb. Qanun layihəsi əvvəllər Knessetin müvafiq komitəsi tərəfindən təsdiqlənmişdi.

May ayının sonunda Knesset buraxılma üzrə qanun layihəsini ilkin oxunuşda təsdiqləyib. Qüvvəyə minməsi üçün qanun layihəsi üç plenar oxunuşda təsdiqlənməlidir. İsrail qanunvericiliyinə görə, növbəti parlament seçkiləri oktyabrın 27-dən gec olmayaraq keçirilməlidir.

Seçilən
20
teleqraf.com

1Mənbələr