AZ

“Bir oyuncaq, bir təbəssüm” adlı sosial layihəyə start verilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşəbbüsü ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bir oyuncaq, bir təbəssüm” adlı sosial layihəyə start verilib.

"Unikal" xəbər verir ki, layihə çərçivəsində YAP Qaradağ rayon təşkilatının əməkdaşları və fəalları rayonun müxtəlif yaşayış məntəqələrini ziyarət edərək şəhid ailələrinin övladlarına, qazi uşaqlarına və xüsusi qayğıya ehtiyacı olan balacalara müxtəlif oyuncaqlar və hədiyyələr təqdim ediblər.

Təşkil olunan aksiya uşaqlara bayram sevinci yaşatmaq, onlara diqqət və qayğı göstərmək, eyni zamanda cəmiyyətimizdə humanizm, mərhəmət və xeyirxahlıq dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyır.

Seçilən
5
2
unikal.az

5Mənbələr