AZ

Zəngəzur dəhlizi hər üç dəhlizin seqmenti ola biləcək - RƏY

"Azərbaycan qlobal enerji təhlükəsizliyinə həm region, həm də Avrasiya kontekstində öz töhfəsini verib. Bu gün Asiya ölkələri də, Avropa ölkələri də Azərbaycandan enerji idxal edir. 30 ildən artıq dönəmdə Azərbaycanın neft strategiyası bütöv Avrasiya materikini, ələlxüsus da, Avropanın, əsasən, Şərqi Avropanın enerji təhlükəsizliyində hədsiz dərəcədə rol oynayıb. Bu rol Rusiya-Ukrayna münaqişəsindən sonra daha da artıb. Həm alternativ enerji, həm də ənənəvi enerji resursları hesabına ölkəmizin rolu davamlı artmaqdadır".

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

 

Eldəniz

 

Eldəniz Əmirov vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Orta dəhlizin bir seqmenti deyil:

 

"Zəngəzur dəhlizi həm də Cənub-Qərb və Şimal-Qərb dəhlizlərinin bir seqmenti olacaq. Bunu da nəzərə almaq lazımdır, yəni Zəngəzur dəhlizi hər üç dəhlizin seqmenti ola biləcək. Effektivlik, regionda sülhün təmin olunması baxımından da böyük ölçüdə həm Azərbaycan iqtisadiyyatı, həm də region ölkələri üçün, eyni zamanda qlobal enerji təhlükəsizliyi kontekstində çox önəmli dəhliz olacaq".

 

Aytəkin Qardaşova

Tarix: 1 İyun 2026, 18:36   
Seçilən
32
pravda.az

1Mənbələr