AZ

Rosatom: Zaporojye AES-ə hücum nüvə qəzasının xəbərçisidir

Rosatom: Zaporojye AES-ə hücum nüvə qəzasının xəbərçisidir

Rusiya Dövlət Atom Enerjisi Korporasiyası Rosatom-un baş direktoru Aleksey Lixaçov Zaporojye Atom Elektrik Stansiyasına (AES) qarşı təşkil edilən hücumun nüvə qəzasının xəbərçisi olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, Lixaçov Rusiyanın dövlət televiziyası "Perviy Kanal"a verdiyi açıqlamada Zaporojye AES-ə edilən hücumla bağlı qiymətləndirmələr aparıb.

Hücumun təsadüfi olmadığını bildirən Lixaçov bunun nüvə enerjisi obyektinə qarşı qəsdən edilmiş bir hücum nümunəsi olduğunu, nə özlərində, nə də hərbi ekspertlərdə zərbəni endirən şəxsin mərmini hara yönəltdiyini çox yaxşı bildiyinə dair heç bir şübhə olmadığını vurğulayıb.

Zaporojye AES-də baş verə biləcək hər hansı bir partlayış və ya yanğının ciddi fəsadlar doğura biləcəyinə diqqət çəkən baş direktor qeyd edib ki, stansiyadakı hər hansı partlayış və ya yanğın reaktor blokunun enerji, elektrik və su təchizatının tamamilə kəsilməsi deməkdir və bu da birbaşa nüvə qəzasının xəbərçisidir.

Sözügedən hücumu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi ilə müzakirə edəcəyini bildirən Lixaçov mayın 30-da etdiyi rəsmi açıqlamada Ukraynaya məxsus pilotsuz uçuş aparatının stansiyadakı güc blokuna zərbə endirdiyini bəyan etmişdi.

Qeyd edək ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyası statusunu daşıyır və Rusiya ordusu Ukraynada müharibə başladıqdan sonra, 2022-ci ilin martında stansiyanın nəzarətini ələ keçirib.

Seçilən
34
afn.az

1Mənbələr