AZ

Myanmada onlayn fırıldaqçıların infrastruktur obyektləri sökülür

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Myanma hakimiyyəti Tayland sərhədində yerləşən Şve-Kokko və Myavadi şəhərləri yaxınlığında onlayn fırıldaqçıların yeni infrastruktur obyektlərini sökməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Global New Light of Myanmar" qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, ümumilikdə 77 bina söküləcək, onlardan 21-i artıq məhv edilib. Myanma hökumətinin açıqlamasında: "Hökumət telekommunikasiya və onlayn qumar sahəsində fırıldağın kökünü kəsməyi milli vəzifə hesab edir və bu cür fəaliyyətin Myanma ərazisində təkrarlanmaması üçün yalnız daxili qurumlarla deyil, qonşu ölkələrin hökumətləri ilə də koordinasiyanı davam etdirəcək", - deyə vurğulanır.

Qeyd edək ki, 2025-ci ilin sonunda Myanma hakimiyyəti Karen əyalətində, Myavadi şəhəri yaxınlığında yerləşən böyük fırıldaqçı çağrı mərkəzi KK Parkdakı 500-dən çox binanı söküb. Eyni ilin oktyabrında Myanma Silahlı Qüvvələri Tayland sərhədinə yaxın ərazidə əməliyyat keçirərək KK Parkı təmizləyib və 2 mindən çox şəxsi azad edib. Son 1,5 ildə Myanma 13,5 min qeyri-qanuni ölkəyə daxil olmuş və onlayn fırıldaq və qumar fəaliyyətinə cəlb edilmiş xaricini ölkədən deportasiya edib. Hazırda təxminən 1,2 min nəfər deportasiyanı gözləyir, onların yarısı müxtəlif qanun pozuntularına görə məsuliyyətə cəlb olunub.

Bundan əlavə, Rusiya səfirlikləri Bangkok və Yangon şəhərlərində 5 may tarixində Myanma ərazisindən azad edilmiş iki rusiyalı qadının Taylanda təhvil verildiyini və vətənə repatriasiya ediləcəyini bildiriblər. Rusiya səfiri İskəndər Əzizovun verdiyi açıqlamaya görə, son iki ildə rusiyalı diplomatlar 19 Rusiya vətəndaşının geri qayıtmasına kömək edib. Yeni məlumatlara əsasən, azad edilmiş rusiyalıların sayı 21-ə çatıb.

Rusların bu tip dələduzluq oyunlarında daha çox fəallıq göstərdikləri də qəzetin yazısında xüsusi olaraq qeyd edilib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
bizimyol.info

1Mənbələr