AZ

SEPAH ABŞ bazasına cavab zərbəsi endirdiyini açıqlayıb

BAKI, 1 iyun. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana qarşı hücumlarının həyata keçirildiyi bazaya cavab zərbəsi endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, SEPAH-ın açıqlamasında bildirilir ki, cavab əməliyyatı İran adalarından birinə edilən hücumdan sonra həyata keçirilib.

Hələlik zərbənin endirildiyi bazanın yeri, hücumun nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.

Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı təfərrüatlar sonradan açıqlanacaq.

Seçilən
68
teleqraf.com

1Mənbələr