AZ

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Trampın açıqlamasında İranla bağlı yenilik yoxdur. Əslində bu ritorika əvvəlki mərhələlərdə də çox işlədilib və bu gün yenidən təkrarlanır. Yəni açıqlamanın əsas mənası budur ki, Tramp Administrasiyası İrana qarşı əsas iki xətt tutub.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Bu xəttlərin birincisi diplomatik razılaşma xəttidir və ikinci xətt hərbi təzyiq və ya zərbə ehtimalıdır. Bu baxımdan ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır və bunun üçün ilk seçim danışıqlar yoludur. Lakin eyni zamanda prezident Tramp və müdafiə naziri Pit Heqset deyirlər ki, əgər razılıq əldə olunmazsa, hərbi variant masanın üzərindədir. Bu baxımdan Trampın bu istiqamətdə verdiyi açıqlamada, "Vaşinqton çox yaxşı bir razılaşma əldə edəcək, ya da problemi başqa üsulla həll edəcək" ifadəsi, diplomatik dildə "İran ABŞ-ın tələblərini qəbul etmək məcburiyyətindədir" demək istəyir" - politoloq deyib.

O, qeyd edib ki, qəbul etmədiyi təqdirdə ABŞ daha sərt təzyiqlər, sanksiyalar və hərbi əməliyyatlara əl ata bilər, mesajı verir. Əslində bu strategiya ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. Buna, "Təzyiq altında danışıqlar strategiyasını" demək mümkündür:

"Diqqət etsəniz, Tramp son vaxtlar bir neçə dəfə həm danışıqlara ümid etdiyini, həm də hərbi əməliyyat ehtimalı üzərində dayandığını bildirib. Bu gün danışıqlar prosesi gizli və açıq şəkildə, Pakistan vasitəsilə və digər diplomatik kanallarla aparılır. Danışıqlar prosesinin nüvə proqramı ilə bağlı hissəsi, ölkələr arasında ciddi şərtlər və güzəştlər tələbi ilə zaman aparmaqdadır. Trampın açıqlamasından görünür ki, o hələ də müsbət nəticə əldə edəcəyinə ümid edir və yenidən hərbi əməliyyatlara başlamaq istəmir. Ağ Ev hesab edir ki, yekun razılaşma hələ də mümkündür. Yəni bəyanat siyasi baxımdan vəziyyəti orta ağır olduğunu göstərir. Amma, masada daha ciddi məsələlər müzakirə edilməkdədir. İranın uran zənginləşdirmə proqramı və nüvə materiallarının taleyi masadadır. Raket proqramı və Hörmüz boğazının təhlükəsizliyi və sanksiyalar masadadır. Yəni konkret olaraq ciddi strateji məsələlər masadadır.

Əlbəttə ki Tramp danışıqlar prosesinə təsir göstərir. Bu onun siyasətinin əsas istiqamətidir və bu səbəbdən ümid edir ki, daha çox təsir, yəni müharibə elan etmir, amma, hərbi variantı gündəmdə saxlamaqla , danışıqlar prosesinin ləng getməsinə rəğmən Vaşinqton özünü məqsədinə yaxın hesab edir. Bu açıqlamanı həmçinin daxili auditoriyada və müttəfiq ölkələrdə olan narazı qüvvələrə qarşı verilən cavab kimi də qiymətləndirmək olar.

Bu baxımdan hazırda "müharibə qaçılmazdır" demək tezdir, amma, risk də tam aradan qalxmayıb. Hesab edirəm ki Trampın açıqlaması yaxın vaxtlarda, ABŞ-İran danışıqlarının nəticəsi olaraq müvəqqəti və məhdud razılaşmanın əldə olunmasına kömək edəcək".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
icma.az

1Mənbələr