Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İspaniyalı mütəxəssis Luis Enrike PSJ tarixində ən çox titul qazanan baş məşqçi olub.
"Cebheinfo.az" Sport24.ru-ya istinadən xəbər verir ki, bu, PSJ-nin UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün finalında "Arsenal"ı məğlub etməsindən sonra rəsmiləşib. Paris təmsilçisi əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında rəqibinə 4:3 hesabı ilə qalib gəlib.
Bu titul Luis Enrikenin PSJ-nin baş məşqçisi kimi qazandığı 12-ci kubok olub. Bununla da ispaniyalı mütəxəssis klub tarixinin ən uğurlu baş məşqçisi adına sahib çıxıb.
PSJ ilə Loran Blan 11, Unay Emeri 7, Tomas Tuxel 6, Luis Fernandes isə 5 titul qazanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.