AZ

Luis Enrike PSJ-nin tarixinə düşdü

İspaniyalı mütəxəssis Luis Enrike PSJ tarixində ən çox titul qazanan baş məşqçi olub.

"Cebheinfo.az" Sport24.ru-ya istinadən xəbər verir ki, bu, PSJ-nin UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün finalında "Arsenal"ı məğlub etməsindən sonra rəsmiləşib. Paris təmsilçisi əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında rəqibinə 4:3 hesabı ilə qalib gəlib.

Bu titul Luis Enrikenin PSJ-nin baş məşqçisi kimi qazandığı 12-ci kubok olub. Bununla da ispaniyalı mütəxəssis klub tarixinin ən uğurlu baş məşqçisi adına sahib çıxıb.

PSJ ilə Loran Blan 11, Unay Emeri 7, Tomas Tuxel 6, Luis Fernandes isə 5 titul qazanıb.

"Cebheinfo.az"

Seçilən
2
5
cebheinfo.az

6Mənbələr