AZ

"Asiyanın ürəyinə sancılan xəncər": Amerikalı generalın sözləri qalmaqal yaratdı

Cənubi Koreyadakı ABŞ hərbi kontingentinin komandiri Xavier Bransonun açıqlamaları diplomatik mübahisəyə səbəb olub. Hadisə Cənubi Koreya hakimiyyətini həm Vaşinqton, həm də Pekin qarşısında izahat verməyə məcbur edib.

"Cebheinfo.az" xəbər verir ki, mübahisə generalın ABŞ Ordusu Hərbi Kollecinin podkastına verdiyi son müsahibədən qaynaqlanıb. O, müsahibədə Cənubi Koreyanı "Asiyanın ürəyinə sancılmış xəncər" adlandırıb. Bu açıqlama Çinin kəskin reaksiyasına səbəb olub. Seuldakı Çin səfirliyi bu cür ifadələrin "həddi aşdığını" bildirib.

Cənubi Koreya prezident administrasiyasının məlumatına görə, milli təhlükəsizlik müşaviri Vi Sunq-lak müdafiə və xarici işlər nazirliklərinin nümayəndələri ilə birlikdə Seulun mübahisəli açıqlamalarla bağlı rəsmi mövqeyini ABŞ tərəfinə çatdırıb.

Mesajın məzmunu açıqlanmasa da, təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, mesajda diplomatik mübahisə ilə bağlı təəssüf ifadə olunub.

Prezident Administrasiyasının sözçüsü təsdiqləyib ki, Cənubi Koreya ilə ABŞ arasında bu məsələ ilə bağlı müxtəlif diplomatik və hərbi kanallar vasitəsilə əlaqələr davam edir.

General özü daha sonra açıqlamalarının nəticələrini kiçiltməyə çalışıb. Sinqapurda keçirilən Shaniri-La Dialoq təhlükəsizlik forumunda çıxış edən o, sadəcə Amerika qoşunlarının bölgədə fəaliyyət göstərdiyi əməliyyat mühitini təsvir etməyə çalışdığını, siyasi açıqlama vermədiyini bildirib.

Brunsonun geniş geosiyasi metaforalardan istifadə etdiyi ilk dəfə deyil. Keçən il o, Cənubi Koreyanı Hind-Sakit okeanında ABŞ üçün "batmaz təyyarədaşıyan gəmi" adlandırdı və onun Asiyadakı Amerika hərbi mövcudluğu üçün strateji əhəmiyyətini vurğulayıb.

Xəzər

 

Seçilən
38
cebheinfo.az

1Mənbələr