AZ

Türkiyədə avtobus qəzasında ölənlərin sayı artıb

Türkiyədə avtobus qəzasında ölənlərin sayı səkkizə çatıb.

Ucnoqta.az xəbər verir ki, TGRT Haber televiziya kanalının məlumatına görə, Türkiyənin cənubundakı Dənizli əyalətində baş verən avtobus qəzasında ölənlərin sayı səkkizə çatıb, 33 nəfər yaralanıb.

Daha əvvəl yeddi nəfər həlak olub, 30 nəfər yaralandığğı bildirilirdi.

Kanalın yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, ölənlər arasında doqquz aylıq uşaq və bir Qırğızıstan vətəndaşı da var.

Avtobus İzmirdən Antalyaya gedirdi. Qəza Dənizli-Aydın avtomobil yolunda, hələlik məlum olmayan səbəblərdən avtobus yol maneəsinə çırpılaraq alovlanıb.

Seçilən
21
ucnoqta.az

1Mənbələr