AZ

Tramp İranla danışıqların ləng getməsindən şikayətlənib

"ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair danışıqlar ləng tempdə davam edir".

"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz istədiyimiz nəticəyə yavaş-yavaş nail oluruq. İranlılar sərt danışıqçılardır. Bu proses çox vaxt aparır", - deyə o vurğulayıb.

Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Donald Trampın fikrincə, İran ABŞ-nin təkliflərinə kifayət qədər operativ cavab vermir.

Seçilən
5
1
unikal.az

2Mənbələr