AZ

Çelsi dən Arsenal a ironiyalı mesaj

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının finalında "Arsenal"ın PSJ-yə məğlubiyyətindən (1-1, penaltilərdə 3-4) sonra "Çelsi" "topçular"ın "bostanına daş atıb". Sport24.az xəbər verir ki, bununla bağlı "zadəganlar" rəsmi sosial media hesabında paylaşım edib.

London klubu "Stemford Bridc"də Çempionlar Liqası kubokunun şəklini paylaşıb və "London kubok evinə gəlin" yazıb.

Qeyd edək ki, "Çelsi" 2011/12 və 2020/21-ci illərdə iki dəfə Çempionlar Liqasını qazanıb. Digər London klubu "Arsenal" isə heç vaxt bu turnirdə qalib gəlməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
sport24.az

1Mənbələr