AZ

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33 ü yaralanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 31 may, AZƏRTAC

Türkiyədə turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın şossesində maneələrə çırpılıb və daha sonra yanıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, nəticədə sürücü də daxil olmaqla 8 nəfər ölüb, 33-ü xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Məlumata görə, İzmirdən Antalyaya gedən avtobusda 38 sərnişin və 3 heyət üzvü olub.

Qəza səbəbindən Dənizli istiqamətində yol təxminən 4 saat nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Yanmış avtobus götürüldükdən sonra yol yenidən açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
12
azertag.az

10Mənbələr