AZ

Sərnişin avtobusu yandı 8 ölü, 33 yaralı

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın şossesində maneələrə çırpılıb və daha sonra yanıb.

Hafta.az xəbər verir ki, nəticədə sürücü də daxil olmaqla 8 nəfər ölüb, 33-ü xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Məlumata görə, İzmirdən Antalyaya gedən avtobusda 38 sərnişin və 3 heyət üzvü olub.

Qəza səbəbindən Dənizli istiqamətində yol təxminən 4 saat nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Yanmış avtobus götürüldükdən sonra yol yenidən açılıb./“TRT Haber”/

Seçilən
0
11
hafta.az

10Mənbələr